• cümə axşamı, 28 mart, 14:00
  • Baku Bakı 16°C

AMEA-nın iki institutuna yeni direktor təyin ediləcək

12.01.17 13:25 789
AMEA-nın iki institutuna yeni direktor təyin ediləcək
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bəzi elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.
AMEA-danAPA-ya verilən xəbərə görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bğlməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə təqdim edilməlidir.
banner

Oxşar Xəbərlər