• cümə axşamı, 25 aprel, 08:18
  • Baku Bakı 14°C

AMEA-nın əməkdaşının azadlığa buraxılması üçün iş gedir

13.05.13 12:11 1200
AMEA-nın əməkdaşının azadlığa buraxılması üçün iş gedir
İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin azadlığa buraxılması ilə bağlı dövlətin müvafiq qurumları fəaliyyətlərini davam etdirirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənovun sözlərinə görə, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz münasibətini açıqlayıb və mövqeyini bildirib: "Xarici İşlər Nazirliyi bu işlə məşğuldur".
Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.
banner

Oxşar Xəbərlər