• cümə axşamı, 28 mart, 15:58
  • Baku Bakı 16°C

AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb

30.05.17 17:42 1636
AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti”nin təsis etdiyi "Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda mükafatın təqdimat mərasimi keçirilib.

"Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan mükafatı gənc tədqiqatçıya təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Nərgiz İsmayılova "Ədəbiyyat qəzetin”də davamlı olaraq esse, pritça, təhlil, araşdırma və tənqidi məqalələrlə çıxışlar edir.

Nərgiz İsmayılova sözügedən tədbirdə mükafat alan yeganə qadın olmaqla birlikdə Naxçıvan Muxtar Respublikasına bu mükafatı gətirən ilk yazardı.


banner

Oxşar Xəbərlər