• cümə axşamı, 25 aprel, 01:14
  • Baku Bakı 19°C

AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq

02.03.17 16:42 718
AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq
AMEA Naxçıvan Bölməsində aprel ayından etibarən elmi ekspedisiyalara başlanılacaq.
Məqsəd Naxçıvan Muxtar Respublikanın qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərinin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsindən ibarətdir.
Sentyabrın sonunadək nəzərdə tutulan tədqiqatlar Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar İnstitutlarının əməkdaşları tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Bölmə əməkdaşları tərəfindən ötən illərdə toplanılan materiallar əsasında 2 cilddə Naxçıvan Ensiklоpediyası, Azərbaycan və ingilis dillərində Naxçıvanın Tarixi Abidələri ensiklоpediyası, Naxçıvan: Tarixi və Abidələri, Naxçıvanın Tarixi Atlası, 3 cilddə "Naxçıvanın Fоlklоr Antоlоgiyası”, 2 cilddə "Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı” və digər ümumiləşdirici kitablar nəşr olunub.
banner

Oxşar Xəbərlər