• çərşənbə axşamı, 19 mart, 13:12
  • Baku Bakı 8°C

AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Volla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib

26.04.17 21:47 1643
AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Volla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib
AMEA Naxçıvan Bölməsidə böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubleyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, sərəncama əsasən ölkədə silsilə tədbirlər təşkil olunur. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubleyinin UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması da təkcə Molla Pənah Vaqifə deyil, bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyərdi.
Görkəmli söz ustadı Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə məlumat verən İsmayıl Hacıyev onun Azərbaycanın, ümumiyyətlə, türk dünyasının böyük şairi olduğunu vurğulayıb.
Bölmə sədri 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb. Bildirilib ki, məkirli erməni quldur dəstələri tərəfindən işğal olunan Şuşa şəhərində vəhşicəsinə dağıdılan, talan olunan bütün tarixi memarlıq, maddi-mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi, poeziya evi güllələnib, viran edilib.
Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və yaradıcılığı”, Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri Asim Yadigarın "Novator şair”, Naxçıvan Dövlət Universitetinin professoru, f.ü.e.d. Hüseyn Həşimlinin "Vaqif lirikasının poetik xüsusiyyətləri” Naxçıvan Dövlət Universitetinin "Ədəbiyyat” kafedrasının müdiri, professor Əsgər Qədimovun "Qüdsi Vənəndi yaradıcılığında Molla Pənah Vaqif ənənələri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq” şöbəsinin müdiri Ramiz Qasımovun "Azərbaycan poeziyasının inkişafında Vaqif zirvəsi” həmin institutun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun "Molla Pənah Vaqif və folklor” mövzusunda məruzələri dinlənilib.
banner

Oxşar Xəbərlər