• şənbə, 20 Aprel, 16:35
  • Baku Bakı 23°C

AMEA-da kadr dəyişikliyi olub

22.01.21 21:00 452
AMEA-da kadr dəyişikliyi olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.
AMEA-dan Kaspi.az-a verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.
Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.
banner

Oxşar Xəbərlər