• çərşənbə, 24 Aprel, 21:16
  • Baku Bakı 23°C

AMEA: 35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək

22.11.17 13:40 1521
AMEA: 35 yaşınadək elmlər doktoru olanlara 5000 manat mükafat veriləcək
"Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse - prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib. Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.
D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.
banner

Oxşar Xəbərlər