A.Malaxov: Pozner 40 il birlikdə yaşadığı xanımının dəfninə belə gəlmədi...

A.Malaxov: Pozner 40 il birlikdə yaşadığı xanımının dəfninə belə gəlmədi...

Təfsilat
08 Noyabr 2019, 21:45 873
Tanınmış rusiyalı teleaparıcı Andrey Malaxov Kseniya Sobçakın "Ehtiyatlı olun, Sobçak!” YouTube” layihəsinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, K.Sobçaka müsahibəsində Andrey Malaxov digər rusiyalı teleaparıcı Vladimir Pozenerdən də danışaraq Poznerin peşəkarlığına şübhə etmədiyini, lakin bir şəxsiyyət kimi ona münasibətinin yaxşı olmadığını bildirib. "Vladimir Pozner 40 il bir yerdə yaşadığı xanımını atandan, xərçəng xəstəliyindən vəfat etmiş həmin xanımının dəfninə belə gəlməyəndən sonra... Mən televiziyaya başqa cür yanaşıram. Biz peşəkarlıqdan danışırıq. Peşəkarlığı və insani keyfiyyətləri bir-birindən ayırmaq mümkün deyil. Mənim üçün bu, həmişə belə olacaq. Mən başqa cür yaşaya bilmirəm. Mən Poznerin xanımını şəxsən tanıyırdım. O mənim verilişlərimdən birinin qəhrəmanı da olmuşdu”, - deyə A.Malaxov vurğulayıb.