• cümə axşamı, 28 mart, 12:12
  • Baku Bakı 16°C

Altı bəndlik prinsip skelet rolunu oynayacaq

21.05.13 16:16 1588
Altı bəndlik prinsip skelet rolunu oynayacaq
“Son iki ildə Dağlı Qarabağla bağlı danışıqlarda konkretlik yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, status-kvo dəyişdirilməlidir: “2004-cü ildə başlayan Praqa prosesinə görə, Ermənistan tərəfi Qarabağətrafı ərazilərin boşaldılmasını öz öhdəsinə götürmüşdü. Azərbaycan tərəfi isə təhlükəsizliyin təmin edilməsini öhdəlik kimi qəbul etmişdi. Sonra isə iki dövlət arasında iqtisadi əlaqələr qurulmalı idi. 2007-ci ildə Madrid prinsipləri razılaşdırıldı. 2009-cu ildə isə Afinada ATƏT xarici işlər nazirlərinin görüşündə Madrid prinsiplərinə yeni müddəalar əlavə olundu. Bundan sonra müxtəlif səviyyələrdə 10-dan artıq görüş keçirildi. Prezidentlər səviyyəsində ilk və yeganə sənəd olan Moskva deklarasiyası imzalandı. Kazan və Soçi görüşlərində sonra isə danışıqlarda durğunluq yarandı”.
Elmar Məmmədyarov Praqa prosesinin davam etdirilməsinə tərəfdar olduğunu söyləyib: “Şadam ki, erməni həmkarım Ermənistan tərəfinin altı bəndlik prinsipi qəbul etməsi ilə bağlı bəyanat verib. Bu altı bəndlik prinsip skelet rolunu oynayacaq. Onun ətrafında sülh sazişi hazırlana bilər. Fikrimcə, danışıqlarda ən böyük maneə Azərbaycan ərazilərində erməni postlarının olmasıdır”.
Sergey Lavrov da status-kvonun qəbuledilməz olduğunu söyləyib: “Sözsüz ki, status-kvo qəbuledilməzdir. Status-kvo həm Azərbaycan, həm də Ermənistan üçün qəbuledilməzdir. O cümlədən Dağlıq Qarabağda yaşayan əhali üçün... Xüsusi ilə də Rusiya üçün qəbuledilməzdir. Çünki Rusiya Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır”.
banner

Oxşar Xəbərlər