• cümə, 19 Aprel, 15:00
  • Baku Bakı 25°C

Altı ayda ölkənin xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb

14.09.20 20:31 623
Altı ayda ölkənin xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb
Bu ilin 6 ayıda ölkənin xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb.
AZƏRTACAzərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (519 milyon dollar), portfel investisiyaları (-49 milyon dollar) və digər investisiyalar (333,1 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 145,6 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (250,1 milyon dollar), neft bonusu (451,6 milyon dollar), portfel investisiyaları (-87 milyon dollar) və digər investisiyalar (-760,3 milyon dollar) hesabına formalaşıb.
banner

Oxşar Xəbərlər