• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

Almaniyada minlərlə vətəndaş hökumətin siyasətindən narazıdır

04.04.21 11:15 1343
Almaniyada minlərlə vətəndaş hökumətin siyasətindən narazıdır
Almaniyada hökumətin yeni növ koronavuris infeksiyasına qarşı mübarizə ilə bağlı yürütdüyü siyasətdən narazı olan vətəndaşlar nümayişlər keçirməkdə davam edir.
"Report”"Bild” nəşrinə istinadən xəbər verir ki, bu dəfə on minlərlə insan Ştutqart şəhərinin küçələrinə çıxıblar.
Qəzetin yazdığına görə, nümayiş iştirakçılarının əksəriyyəti tibbi maskalar geyinməyib. Nümayişi işıqlandıran jurnalistlərə isə bir neçə dəfə daş atıblar.
Hazırda Almaniyada qışda mövcud olan sərt karantin qaydaları tətbiq edilmir. Məktəblər, uşaq bağçaları, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır. Virusa yoluxanların sayı yanvar və fevral aylarında azalsa da, mart ayından etibarən yoluxma sayındakı rəqəmlər yüksəlməyə başladı.
Aparılan son sorğuya əsasən respondentdən yalnız 19 faizi Nazirlər Kabinetinin koronavirusla mübarizə işindən razıdır, 79 faiz isə narazıdır. 2 faiz respondentin cavabı qərarsız olub.
banner

Oxşar Xəbərlər