• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Almaniyada millimizin ilk medalı rəsmiləşib

03.09.17 09:00 1011
Almaniyada millimizin ilk medalı rəsmiləşib
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin ilk medalı rəsmiləşib.
Azərbaycan Boks FederasiyasındanAZƏRTAC-a bildirilib ki, ölkəmizə mükafatı 75 kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsurvalı qazandırıb.
İki gün öncə yarımfinalda uduzan Olimpiya mükafatçımızın 3-cü yer tutacağı həmin vaxt dəqiqləşsə də, yalnız finaldan sonra rəsmiləşib. Belə ki, həlledici qarşılaşma yekunlaşdıqdan sonra həm qızıl və gümüş mükafatın sahibi bəlli olub, həm də bürünc qazananların medalı onların hesabına yazılıb.
Boksçumuza mükafatı təqdim edənlər arasında Vladimir Kliçko da olub.
Qeyd edək ki, 75 kiloqram çəki dərəcəsində çempion adına ukraynalı Aleksandr Xijniyak layiq görülüb. O, finalda qazaxıstanlı Abilxan Amankula qalib gəlib. Digər bürünc medalı isə Troy İsley (ABŞ) qazanıb.
banner

Oxşar Xəbərlər