AZE | RUS | ENG |


Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır

Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır
Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.    
 
Bundan əvvəl məlum olub ki, alman deputatlarının Türkiyənin "İncirlik” hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib.  
 
Bundan sonra Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə "İncirlik”ə alternativ axtaracaq.  
 
"Biz son bir neçə həftə ərzində gərginliyi azaltmağa çalışırıq. O bizim qonşumuzdur”, - deyə o Vaçinqtonda konfrans zamanı bildirib.    
 
Almaniyalı nazir Ankaranın qəbuledilməz şərtlər irəli sürüb. Belə ki, Qabrielin sözlərinə görə, Ankara Berlindən Almaniyada sığınacaq almış şəxslərin ekstradisiya olunmasını xahiş edib.   
 
"Bunu qanun və konstitusiya qadağan edir. NATO üzvünün digər üzv dövlətə təzyiq göstərməsi sadəcə mümkünsüzdür”, deyə Qabriel qeyd edib və ABŞ-ın məsələnin nizamlanmasına səy göstərəcəyinə söz verdiyini bildirib.     





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7043
GBP 1 İngilis funt sterlinqi 2.1569
TRY 1 Türk lirəsi 0.4820
KWD 1 Küveyt dinarı 5.6058
SEK 1 İsveç kronu 0.1946
EUR 1 Avro 1.9015
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7022