Almaniya tarixində ilk dəfə olaraq Konfederasiyalar Kubokunun qalibi olub
Almaniya millisi Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kubokunun ilk dəfə qalibi olub.
"Report" xəbər verir ki, dünya çempionları finalda Çilini məğlub ediblər.
Görüş almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Ştindl vurub.
Konfederasiyalar Kuboku. Final
Çili – Almaniya - 0:1
0:1 – Ştindl – 20