• cümə axşamı, 25 aprel, 17:28
  • Baku Bakı 23°C

Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxaracaq

21.04.21 14:45 1484
Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxaracaq
Almaniya Əfqanıstandakı qoşunlarını daha tez çıxarmağa hazırlaşır.
APA-nın xəbərinə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi DPA-ya bildirib.
"Hazırda Kabildə NATO-nun Qətiyyətli Dəstək qərargahı qoşunların Əfqanıstandan çıxarılmasını daha da tezləşdirməyi düşünür. 4 iyul qoşunların çıxarılmasına başlamaq tarixi kimi müəyyən edilib. İştirakçı ölkələr hazırda yaranan çətinlikləri və nəticələri araşdırırlar. Lakin tarixlə bağlı son qərarvermə hüququ NATO Şurasında qalır”, - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer alman hərbçilərinin avqust ayının ortalarına qədər Əfqanıstandan çıxarılacağını bildirmişdi. 1100 əsgərlə Almaniya, təqribən 10 000 nəfərlik NATO qüvvələri arasında ABŞ-dan sonra ikinci böyük kontingenti təmsil edir.
Xatırladaq ki, ABŞ qoşunlarını Əfqanıstandan sentyabrın 11-dək çıxaracağını açıqlayıb.
banner

Oxşar Xəbərlər