• çərşənbə axşamı, 16 aprel, 20:19
  • Baku Bakı 18°C

Alman hakimlər bundan istifadə edə biləcəklər

09.10.14 11:23 1166
Alman hakimlər bundan istifadə edə biləcəklər
Oktyabrın 18-dən alman referilər üç divizionda futbol üzrə Braziliyada keçirilən dünya çempionatında istifadə olunan spreylərdən istifadə edəcəklər. Bu barədə Trend İnterfaks-a istinadən xəbər yayıb.
Almaniya Futbol İttifaqının təmsilçisi Luts Mixael Frelix SID agentliyinə bildirib: "Bütün hüquqi məsələlər həll edilib".
Ötən həftə sprey testdən keçirilib. Bundan başqa, balonlara qanunvericiliyin tələb etdiyi rəmzlər və nişanlar vurulub.
İtaliya, İspaniya və Fransa da turnirlərdə spreylərdən istifadəyə icazə verib.
Sentyabrın sonlarında spreylərə qadağa qoyulması tələbi ilə Almaniya Texniki Nəzarət Agentliyi çıxış edib. Tədqiqatçılar bunu onunla əsaslandırıblar ki, spreydə orqanizmə düşərkən hormonal pozulmalara gətirib çıxaran parabenlər tapılıb.
banner

Oxşar Xəbərlər