• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

Allahşükür Paşazadə İranın Ali Dini rəhbəri ilə görüşüb

20.05.13 07:59 1589
Allahşükür Paşazadə İranın Ali Dini rəhbəri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında münasibətlərin hərtərəfli inkişaf etdiyi bildirilib.
A. Paşazadə Azərbaycanda bütün dinlərin nümayəndələrinə azad ibadət imkanı yaradıldığını, yeni məscidlər tikildiyini, tarixi məscidlərin, ziyarətgahların təmir edildiyini bildirib. Şeyx bir neçə gün əvvəl prezident İlham Əliyevin iştirakı ilə Şamaxıda böyük məscid-kompleksinin açıldığını, bundan əvvəl isə Sumqayıt və Qəbələdə məscidlərin açılışı olduğunu xatırladıb.
Prezident İlham Əliyevə salamlarını çatdırılmasını xahiş edən Seyid Əli Xamneyi Azərbaycanda aparılan quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu da bildirib. İranın dini lideri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını bir daha qeyd edib.
Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da Azərbaycan-İran münasibətlərinin inkişafının əhəmiyyəti barədə danışıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.
banner

Oxşar Xəbərlər