• çərşənbə, 24 Aprel, 21:29
  • Baku Bakı 23°C

Alkoqollu içkilərə aksiz dərəcələri ikiqat artırılacaq

07.11.17 13:20 622
Alkoqollu içkilərə aksiz dərəcələri ikiqat artırılacaq
"Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziriSamir Şərifovdeyib.
Onun sözlərinə görə, aksiz dərəcələrinin iki dəfəyə qədər artırılması məqsədi ilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur. "Bununla bağlı Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik prezidentə təqdim olunub. Müəyyən aidiyyatı qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq", - deyə nazir vurğulayıb.
S. Şərifov deyib ki, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək.
Nazir əlavə edib ki, aksiz dərəcəsinin iki dəfəyə qədər artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.
banner

Oxşar Xəbərlər