• çərşənbə axşamı, 23 aprel, 22:53
  • Baku Bakı 20°C

Alimlər üçün layihə müsabiqəsi elan edilib

29.07.17 12:30 1389
Alimlər üçün layihə müsabiqəsi elan edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilib.
AMEA-danAPA-ya verilən xəbərə görə, müsabiqə zamanı Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcək. Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır.
Seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Bolqarıstana ezamiyyət xərclərini qarşılamaq üçün nəzərdə tutulur. Layihə təklifləri 30 may tarixindən 15 sentyabr tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində qəbul edilir.
banner

Oxşar Xəbərlər