• şənbə, 20 Aprel, 03:39
  • Baku Bakı 15°C

Alimlər koronavirusun müalicəsinə kömək edən preparatı tapdılar

06.06.20 13:45 591
Alimlər koronavirusun müalicəsinə kömək edən preparatı tapdılar
Ucuz "Famotidin" preparatının qəbulu COVID-19 pasiyentlərinin müalicəsinə müsbəttəsir edə bilər.
"Report" xəbər verir ki, bununla bağlı bir qrup alimin"Gut"jurnalında dərc edilmiş tədqiqatında bildirilir.
Qeyd edilir ki, belə pasiyentlərin xəstəxanaya yerləşdirilməsi tələb olunmur.
Tədqiqatda 10 koronavirus pasiyenti iştirak edib. Onlar xəstəlik zamanı "Famotidin”i qəbul ediblər.
Qeyd edək ki, bu preparat ürək bulanmasına qarşı istifadə olunur. Mütəxəssislər xəstəliyin bir neçəəsas ağırlaşdırıcı əlamətini qiymətləndirirdilər: öskürək, təngnəfəslik, yorğunluq, baş ağrısı, dad və iybilmənin itməsi.
Vurğulanır ki, əksər hallarda pasiyentlər preparatın 80 milli qramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul ediblər (5-21 günlük diapazonla).
"Famotidin” yaxşı təsir edirdi", - tədqiqatda deyilir.
On pasiyentin hamısı bildirib ki, "Famotidin"in qəbulundan sonraözləriniyaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlaməti ilk 24 saatda özünü büruzə verib.
banner

Oxşar Xəbərlər