• cümə, 26 Aprel, 03:06
  • Baku Bakı 16°C

Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər

25.04.20 14:15 485
Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər
Rusiya virusoloqu, tibb elmləri doktoru, professorAnadolu Altşteynbildirib ki, dünyanı koronavirusun ikinci dalğası gözləyir.
Bu barədə "Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Ekspertin sözlərinə görə, koronavirus elə mutasiya edir ki, bir çox ştamm yaranır.
Pandemiyanın başlanğıcından cəmi dörd ay keçməsinə baxmayaraq, COVID-19 artıq mutasiya edib, ancaq heç bir əhəmiyyətli dəyişikliyə məruz qalmayıb.
Alim özü də bildirib ki, koronavirus bütün digər viruslar kimi mutasiya edir. Lakin ekspertin sözlərinə görə, tədqiqatçılarda bununla bağlı statistik məlumat hələ çox deyil.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri, ekspertRobert Redfilddə bildirib ki, koronavirusun ikinci dalğası daha dəhşətli olacaq. O, qeyd edib ki, gələn il bu ildən daha pis ola bilər.
Eyni zamanda bir neçə həftə bundan əvvəl də bildirilib ki, Uhanda koronavirusun ikinci dalğasıbaşlaya bilər.
ABŞ rəsmiləri də payızda və gələn ilin əvvəllərində Birləşmiş Ştatlarda koronavirusun ikinci dalğasını proqnozlaşdırırlar.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus210ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər