• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Alimlər heyvan növlərinin koronavirusa yoluxması barədə tədqiqatları davam etdirirlər

11.10.20 10:00 714
Alimlər heyvan növlərinin koronavirusa yoluxması barədə tədqiqatları davam etdirirlər
İstənilən virusun hüceyrəyə keçməsi üçün onun səthindəki müəyyən zülalla birləşməsi zəruridir. SARS-CoV-2 virusunun zülalı əvvəlcə ACE2 (angiotenzin çevirici ferment), sonra TMPRSS2 fermenti ilə qarşılıqlı təsirdə olur. Bundan sonra virus hissəciyi hüceyrəyə nüfuz edir. Lakin virus zülallarının hüceyrə membranları ilə təsiri möhkəm deyilsə, hüceyrə yoluxmayacaq. Bir sıra tədqiqatçıların fikrincə, virus zülalının hüceyrədəki ACE2 zülalı ilə qarşılıqlı əlaqəsinə mane olan molekul yeni növ koronavirusa qarşı dərman ola bilər. ACE2 zülalı təkcə insanlarda deyil, heyvan hüceyrələrində də var. Müxtəlif heyvanlarda olan ACE2 oxşar funksiyaları yerinə yetirir və ümumi cizgilərə malikdir, lakin bir-birinin eyni deyil. Onlarda molekul quruluşunda bəzi detallar özünəməxsus ola bilər. Hazırda bir çox heyvan növünə aid ACE2 quruluşu məlumdur. Tədqiqatın nəticələri "Scientific Reports” nəşrində dərc edilib.
AZƏRTAC "Nauka i jizn” saytına istinadla xəbər verir ki, London Kollec Universitetinin əməkdaşları 215 heyvan növündə ACE2 zülalının virusla nə dərəcədə möhkəm təsirdə olduğunu müqayisə etmək qərarına gəliblər. Məlum olub ki, quşların, balıqların və sürünənlərin əksəriyyətinin yeni növ koronavirusdan qorxmasına dəyməz, lakin məməlilər qorxmalıdır. Bununla belə, vəhşi heyvanların arasında da koronavirus təhlükəsi eyni dərəcədə deyil. Belə ki, koronavirus donuz və tülküyə daha az, keçi və uzunqulağa bir qədər çox, bəbir, ev pişiyi və dəniz donuzuna daha çox təsir edə bilər. Bu sırada daha sonra dəvə, ev dovşanı, dağsiçanı, it, inək gəlir – onların orqanizminə virus çox asanlıqla daxil olur.
Tədqiqatın müəllifləri virusa mümkün yoluxmanı nəzəri metodlarla - virus zülalının və ACE2 fermentinin quruluşlarını təhlil edərək dəyərləndiriblər. Bəzi hallarda eksperimentlər də aparılıb. Lakin qoyunlarla bağlı təcrübə aparılmayıb. Əgər SARS-CoV-2 virusu qoyunlarda hüceyrəni tez yoluxdurursa, hətta qoyun bundan əziyyət çəkməsə belə bu istiqamətdə hansı tədbirlər görülməsi üzərində düşünmək lazım olacaq. Çünki yoluxmuş qoyun bu virusun daşıyıcısı olacaq. Nəzərə almaq lazımdır ki, qoyun yarasa deyil və bu kənd təsərrüfatı heyvanı virus üçün yaşayış mənbəyinə çevrilə bilər.
banner

Oxşar Xəbərlər