• cümə axşamı, 28 mart, 13:19
  • Baku Bakı 16°C

Alimlər gəncliyi qoruyub saxlamağın yolunu tapıblar

29.04.17 21:14 1034
Alimlər gəncliyi qoruyub saxlamağın yolunu tapıblar
Harvard Universitetinin mütəxəssisləri irsi faktora baxmayaraq, gəncliyi qoruyub saxlamaq vasitələrindən danışıblar.
AZƏRTAC"Peterburqskiy dnevnik” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, xarici görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı rol heç də həmişə genlər oynamır. Eksperimentdə genetik məlumatlarının əlverişsiz olmasına baxmayaraq, xarici görünüşünü gənc saxlamağa müvəffəq olan xanımlar iştirak edib. Onlar bir qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.
Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.
banner

Oxşar Xəbərlər