• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Alıcıları endirimlə aldadan sahibkar cəzalandırıldı

18.04.14 16:41 1150
Alıcıları endirimlə aldadan sahibkar cəzalandırıldı
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Nemətulla küçəsi, ev 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzayev Fuad Əhliman oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, mağazanın ön fasad divarında “50 faizə qədər endirim” məzmunlu reklam yerləşdirilsə də, satışda olan bütün malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Fuad Rzayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər