• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

Ali Məhkəmənin kollegiya sədri: "Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır"

04.03.17 12:15 1001
Ali Məhkəmənin kollegiya sədri: "Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır"
”Azərbaycanda az ağır cinayətlərin sayı artmasa da, dinamikası qalır”.
APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib.
O bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı bəzi nöqsanlar var və məsələlər Ali Məhkəmənin plenum iclasında müzakirə ediləcək: "Maddələri yazmaqla, hakim kifayətlənir ki, bu adam qaça bilər və yaxud istintaqa təsir edə bilər. Əgər istintaq sübutları toplanılıbsa, hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər? Həbsdə saxlama müddətinin artırılmasında da problem var. Müstəntiq təqdimat yazır, məhkəmə təmin edir. Müstəntiq də gedib istintaq hərəkəti aparmır. Arxayın olur ki, hələ müddətin bitməsinə var. Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır".
banner

Oxşar Xəbərlər