• çərşənbə axşamı, 16 aprel, 19:05
  • Baku Bakı 18°C

Aleksandr Novak: Rusiya Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə tam əməl edib

19.05.17 14:15 1356
Aleksandr Novak: Rusiya Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə tam əməl edib
Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatının azaldılması üzrə Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə 100 faiz əməl edib.
AZƏRTAC"ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, Rusiya götürdüyü öhdəliyi tam yerinə yetirib və sutkalıq hasilatını 300 min barrel azaldıb.
Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay və ya daha uzun müddətə uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilənin müddəti isə ilin birinci yarısınadək idi.
banner

Oxşar Xəbərlər