• cümə axşamı, 18 aprel, 10:26
  • Baku Bakı 12°C

Aleksander Çeferin: "Belçika klubları avrokuboka buraxılmaya bilər"

04.04.20 09:21 703
Aleksander Çeferin: "Belçika klubları avrokuboka buraxılmaya bilər"
UEFA prezidenti Aleksander Çeferin Belçikada çempionun vaxtından əvvəl elan edilməsinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri bunun yanlış addım olduğunu düşünür.
O, hətta bu yolu seçən ölkələrin klublarının gələn mövsüm avrokuboklarda iştirakının şübhə doğuracağını vurğulayıb: "Bu, səhv yoldur. Belçika və analoji qərarı verəcək ölkələrin klublarının gələn mövsüm avrokuboklarda iştirakı şübhə altına düşür. İştirakçılar tam bir mövsümün nəticələrinə əsasən müəyyənləşir. Buna görə də, vaxtından əvvəl başa çatdırılma şərtlərinin yerinə yetirilməməsi doğru deyil".
Maraqlıdır ki, UEFA prezidentindən öncə açıqlama verən qurumun vitse-prezidenti Mişel Uva sonradan bərpa olunmayan liqalara cəza tətbiq edilməyəcəyini və komandaların yerlərinə uyğun avrokuboklarda oynamaq şansının olduğunu bildirib.
Qeyd edək ki, yarımçıq dayandırılan Belçika çempionatının davam etdirilməməsi qərara alınıb və "Brügge" çempion elan olunub.
banner

Oxşar Xəbərlər