• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

“Alatoran” yazarı yenidən səhnədə

25.07.16 10:34 1348
“Alatoran” yazarı yenidən səhnədə

Məşhur "Alatoran” silsilə romanının müəllifi Stefeni Meyer kitab və film silsiləsindəki uğurunu yeniləmək iddiasındadır. İlk dəfə iyul ayının 15-də "The Wall Street” jurnalında yer alan xəbəri, iyulun 20-də yazarın rəsmi tərəfdaşı "Little Brown” da təsdiqləyib. Belə ki, nəşriyyatdan verilən xəbərə görə, casus trilleri olan "Kimyagər” ("The chemist”) cari ilin noyabr ayının 15-də rəflərdə yerini alacaq. Əvvəlki silsilədən fərqli olaraq, müəllif bu dəfə yetkin nəslin nümayəndələrinə xitab etmək istəyib. Bu, Meyer böyüklər üçün yazdığı ilk kitabdır. Bundan əvvəl "Harry Potter”in müəllifi JK Roulinqin auditoriya dəyişmək cəhdi uğursuzluğa düçar olmuşdu. Böyüklər üçün yazdığı romanın satış göstəriciləri onun nüfuzuna ciddi zərbə vurduğu üçün Roulinqin gözləmədən dərhal "Harry Potter”ə daha bir hissə əlavə etmək qərarı almışdı. Ədəbi tənqidçilər Stefeni Meyeri də eyni taleyin gözlədiyini desələr də, müəllif bundan qorxmur: "Hər yazar hansısa bir əsərlə xatırlanır. Bu sadəcə cəhddir. Mən uğursuzluqdan qorxmuram”. Meyer yeni əsəri haqqında da məlumat verib: "Qəhrəmanım ABŞ hökuməti üçün işləyən bir casus-kəşfiyyatçıdır. Onu olduqca az adam tanıyır. O, öz sahəsinin mütəxəssisi və siyasi qaranlıq işlərin ən gizlin tərəflərini özündə toplayan yeganə mənbədir. Hətta çalışdığı agentlikdə belə onun nə iş gördüyünü bilən yoxdur. Tərəfdaşları onu müxtəlif adlarla çağırsalar da, əslində, onun heç adı da yoxdur. Hadisələr isə onun şefi ilə yollarını ayırması ilə başlayır. Və qəhrəmanımın başına heç təsəvvür belə etmədiyi işlər gəlir. Doğulduğu gündən qurulmasına imkan verilməmiş bir həyatı yenidən qurmaq lazımdır”.

Meyerin "Alatoran”dan sonra yazdığı "Ev yiyəsi” ("The Host”) əsərinin də satış göstəriciləri olduqca uğurlu idi. Lakin həmin əsərin ekran versiyası "Alatoran”ın son hissəsinin gətirdiyi 500 milyon dollarlıq gəlirlə müqayisədə çaz - cəmi 64 milyon dollar gəlir gətirmişdi. Nəşriyyat və müəllifin şəxsi redaktoru bu əsərin də uğurlu olacağına inanır.

banner

Oxşar Xəbərlər