• çərşənbə, 24 Aprel, 22:23
  • Baku Bakı 23°C

Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar

31.10.19 11:51 875
Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar
İsrailin Holon şəhərində bu gün start götürmüş akrobatika gimnastikası üzrə Avropa Çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq, gimnastlarımız fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. 1-ci və 2-ci yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.
Qeyd edək ki, bu gündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaqlar. Çempionat noyabrın 3-ü yekunlaşacaq.
banner

Oxşar Xəbərlər