• şənbə, 20 Aprel, 05:52
  • Baku Bakı 15°C

Akif Əlizadə: “Seysmoloqların qarşısında duran əsas problem Xəzərin seysmikliyinin öyrənilməsidir”

23.10.17 12:00 1662
Akif Əlizadə: “Seysmoloqların qarşısında duran əsas problem Xəzərin seysmikliyinin öyrənilməsidir”
”Bu gün Azərbaycan seysmoloqlarının qarşısında duran əsas problem Xəzərin seysmikliyinin öyrənilməsi məsələsidir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib. O bildirib ki, artıq Xəzərdə seysmikliyi ölçmək üçün dib seysmoqrafları alınıb: "Dib seysmoqraflarının qurulması Xəzərdəki seysmik vəziyyətlə bağlı yeni məlumatların əldə edilməsinə imkan verəcək. Bundan əlavə, düşünürəm ki, seysmoloqlar tədqiqatlar aparmaq üçün fiziklər, riyaziyyatçılar və digər sahələrin alimləri ilə birgə əməkdaşlıq etməlidirlər.Zəlzələproblemi ilə hətta bioloqlar da məşğuldur. Onlarla da əlaqələrin qurulması bu sahənin inkişaf etdirilməsində gözəl elmi uğurlara gətirib çıxara bilər. Azərbaycanda seysmologiya daima dövlətin qayğısında, himayəsində və nəzarətindədir. Ölkənin seysmiklik rejimi,zəlzələocaqları öyrənilib, yer qabığının geoloji tektonik sərhədləri müəyyən edilib. Bunlar seysmik məlumatların təhlili nəticəsində məlum olub”.
banner

Oxşar Xəbərlər