• çərşənbə axşamı, 23 aprel, 14:15
  • Baku Bakı 24°C

Ağır atletika üzrə yığma komandamız yerli və beynəlxalq yarışlara hazırlaşır

22.01.17 13:00 1564
Ağır atletika üzrə yığma komandamız yerli və beynəlxalq yarışlara hazırlaşır
Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar təlim-məşq toplanışını davam etdirir.
AZƏRTACxəbər verir ki, AAAF park yaşayış kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlaşırlar.
Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. İdmançıların təlim-məşq toplanışına yığma komandaların məşqçilər heyəti nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir.
Qeyd edək ki, əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərinə yollanacaq.
banner

Oxşar Xəbərlər