• cümə axşamı, 25 aprel, 03:56
  • Baku Bakı 19°C

AİB "Şimal-Cənub" layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırlaşır

04.11.17 19:15 924
AİB "Şimal-Cənub" layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırlaşır
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası yaxın zamanda "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üçün kreditin ayrılması məsələsini nəzərdən keçirə bilər.
Bunu Trend-ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.
Onun sözlərinə görə, layihənin təsdiqlənəcəyi halda sazişin imzalanması üçün hazırlıq işləri başlanacaq. Nəriman Mannapbekov bankın artıq gələn ilin əvvəlindən tender prosedurlarına başlayacağına ümidvar olduğunu bildirib.
Ötən həftə Manilada (Filippin) AİB-in dəmir yolları üzrə ekspertləri və "Azərbaycan Dəmir Yolları" rəhbərliyi arasında danışıqlar olub. Ölkə hökumətindən Trend-ə bildirilib ki, danışıqlar uğurlu keçib və tərəflər layihənin maliyyələşdirilməsinə dair sazişin imzalanması məsələsinə nikbin yanaşırlar.
"Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərq Asiya ilə, o cümlədən, Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirmək məqsədi daşıyır. Birinci mərhələdə dəhliz ilə ildə 5 milyon ton yük daşımaq planlaşdırılır, gələcəkdə isə 10 milyon tondan artıq.
Asiya İnkişaf Bankı layihənin reallaşdırılmasına 400 milyon dollar ayıra bilər, daha 175 milyon dollar isə Fransa İnkişaf Agentliyi ayıra bilər. AİB-in saytında təqdim olunan məlumata əsasən, hər iki təşkilatın vəsaiti Bakı-Yalama dəmir yolu sahəsinin yenidən qurulmasına, "Azərbaycan dəmir Yolları" QSC-nin idarə muxtariyyətinin genişləndirilməsinə, QSC-nin öhdəliklərinin səmərəli maliyyə restrukturizasiyasına, maliyyə və idarəetmə nəzarətinin genişləndirilməsinə, QSC-da səmərəliliyə və hesabatlılığa, həmçinin nazirliyin korporativ restrukturizasiyasına və biznesin inkişafı üçün hesablanıb.
banner

Oxşar Xəbərlər