• cümə axşamı, 25 aprel, 02:12
  • Baku Bakı 19°C

AİB-in vitse-prezidenti: “TANAP və TAP layihələrinin potensial maliyyə tərəfdaşıyıq”

26.10.17 14:45 747
AİB-in vitse-prezidenti: “TANAP və TAP layihələrinin potensial maliyyə tərəfdaşıyıq”
"TANAPvə TAP layihələri Avropa, eləcə də Azərbaycan və Avrasiya məkanı üçün vacib layihələrdir”.
Bu sözləriAPA-nın Tallinə ezam olunmuş müxbirinə açıqlamasında Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak deyib.
O bildirib ki, Avropa İnvestisiya Bankı bu layihələrin potensial maliyyə tərəfdaşlarındandır: "Maliyyə məsələləri müzakirə olunur. Bizim bu məsələdə mövqeyimiz Aİ-nin tək Azərbaycan deyil, Türkiyə və digər layihə iştirakçısı ölkələrə olan yanaşması ilə bağlıdır. Biz bu məsələniAvropa Komissiyasıvə üzv ölkələrlə müzakirə edirik. Maliyyələşmə ilə bağlı qərar tezliklə verilə bilər”.
V. Hudak qeyd edib ki, qərarın nə zaman veriləcəyi tək onların deyil, həm dəAvropa Komissiyasıvə üzv ölkələrin koordinasiyasından asılıdır. Onun sözlərinə görə, dəqiq tarix və ayrılacaq məbləğ barədə danışmaq hələ çox tezdir.
banner

Oxşar Xəbərlər