• cümə, 29 Mart, 13:18
  • Baku Bakı 14°C

AİB Azərbaycanda startapların dəstəklənməsinə 500 min dollar ayırıb

21.12.20 12:37 355
AİB Azərbaycanda startapların dəstəklənməsinə 500 min dollar ayırıb
Asiya İnkişaf Bankının (AİB) 2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə Tərəfdaşlıq Strategiyası çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə 500 min ABŞ dolları dəyərində texniki yardımın ayrılmasını təsdiq edib. Layihə Cənubi Koreyanın e-Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən maliyyələşdirilir.
AİB-dən "APA-Economics"ə verilən məlumata görə, vəsait IT sahəsində olan startapları dəstəkləmək üçün yerli səviyyədə təsirli və səmərəli institusional mexanizmlərin yaradılmasına yönələcək. İnkubasiya və akselerasiya xidmətləri Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və "INNOLAND"in Şəki ofisi vasitəsilə həyata keçiriləcək.
AİB sözügedən texniki yardım çərçivəsində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və "INNOLAND" ilə birlikdə müxtəlif fəaliyyətləri koordinasiya etmək üçün layihə koordinatoru kimi (fərdi milli konsultant) fəaliyyət göstərəcək.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

banner

Oxşar Xəbərlər