• cümə axşamı, 28 mart, 23:36
  • Baku Bakı 13°C

AİB: Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 2,6% artacaq

14.11.19 15:15 1301
AİB: Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 2,6% artacaq
2050-ci il üçünAzərbaycanda əmək qabiliyyətli əhalinin sayı 2,6% artacağı proqnozlaşdırır.
"APA-Economics"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology"adlı hesabatına deyilir.
Hesabata əsasən, Azərbaycanda 2050-ci ilə qədər işçi qüvvənin orta yaşı ən azı 40 olacaq.
Bölgədəki digər ölkələrə gəlincə, Ermənistanda əmək qabiliyyətli əhalinin sayı 12,1%, Gürcüstanda isə 17,4% azalacağı gözlənilir.
Bütün bölgəni nəzərə alsaq, Əfqanıstanda əmək qabiliyyətli əhalinin sayı 2050-ci ilədək 2 dəfədən çox artacaq ki, bu da Asiya üzrə ən yüksək proqnozlaşdırılan artımdır. Koreya Respublikası isə bugöstəriciyə görə ən aşağı proqnoza malikdir – 33,7%-lik azalma.
banner

Oxşar Xəbərlər