• cümə axşamı, 25 aprel, 06:20
  • Baku Bakı 14°C

Aİ nümayəndəsi: “Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”

16.06.17 12:20 724
Aİ nümayəndəsi: “Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”
"Avropa İttifaqıAzərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”.
APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis "Caucasus İnternational” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
D. Daniilidis son həftələrdə Aİ-dən Azərbaycana reallaşan səfərlərdən danışaraq əlaqələrin yeni müstəviyə çıxdığını bildirib. Aİ rəsmisinin sözlərinə görə, Azərbaycanın islam aləmində rolu çox vacibdir və o, mədəniyyətlərarası dialoqa öz töhfəsini verə bilər: "Bu regionda siyasi sabitliyə ehtiyac var. Biznes üçün bu, çox vacibdir. Biz Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq. Enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək lazımdır. Biz artıq tərəf olaraq bir-birimizi daha yaxşı tanıyırıq”.
banner

Oxşar Xəbərlər