• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Sülh Platforması arasında tanışlıq görüşü keçirilib

02.03.17 11:50 914
Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Sülh Platforması arasında tanışlıq görüşü keçirilib
Martın 1-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Ermənistan-Azərbaycan Sülh Platformasının nümayəndələri arasında tanışlıq görüşü keçirilib.
Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, görüşdə platformanın Ermənistandan olan koordinatoru Süzan Caginyan sülh quruculuğu prosesinə beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb, platforma barədə qarşı tərəfi məlumatlandırıb.
S. Caginyan Ermənistan və Azərbaycan xalqlarının artıq 25 ildir davam edən münaqişədən yorğun olduqlarını, millətlərin sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini söyləyib. Ermənsitan-Azərbaycan Sülh Platformasının Azərbaycandan olan koordinatoru Orxan Nəbiyev isə platformanın əsas məqsədləri, prinsipləri və gələcək planları haqqında danışıb. O. Nəbiyev münaqişənin həlli ilə bağlı Avropa İttifaqının vətəndaş diplomatiyasının rolu, eləcə də bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini qeyd edib
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyin birinci müşaviri Denis Daniilidis münaqişənin sülh yolu ilə həlli üçün ilkin olaraq Ermənistan və Azərbaycan xalqları arasında əlaqələrin vacib olduğunu bildirib. Eyni zamanda aqressiv ritorikanın davamının iki xalq arasında anlaşma əldə edilməsinə problem yaratdığını söyləyib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin bütün regionun inkişafına səbəb olacağını vurğulayan D. Daniilidis Ermənistan-Azərbaycan Sülh Platformasının fəaliyyətini və bu sahədə gələcəyə potensial töhfəsini yüksək qiymətləndirib.
Sonda qonaqlar Sülh Platformasının koordinatorlarına təşəkkür edib və platformaya uğurlar diləyiblər.
banner

Oxşar Xəbərlər