• çərşənbə axşamı, 19 mart, 12:29
  • Baku Bakı 8°C

Aİ komissarı: Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün prioritetlərdən biridir

24.11.17 17:10 2459
Aİ komissarı: Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün prioritetlərdən biridir
Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün prioritetlərdən biridir.
Bunu xüsusi olaraq "Trend” üçün İtaliyanın "Agenzia Nova” agentliyinin sualına cavabında Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han deyib.
Brüsseldə keçirilən "Şərq tərəfdaşlığı” sammiti çərçivəsində danışan Y.Han qeyd edib ki, Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir: "Biz irəliləyişə nail oluruq və ümid edirik ki, həm Aİ, həm də Azərbaycana səmərəli olacaq saziş əldə edəcəyik”.
Bu ilin iyununda Bakıya səfərini xatırladan komissar vurğulayıb ki, o, bu səfər zamanı nəqliyyat və qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi həyata keçirib.
banner

Oxşar Xəbərlər