• çərşənbə axşamı, 19 mart, 12:32
  • Baku Bakı 8°C

Aİ bütün tərəfdaşlarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir

24.11.17 17:25 2043
Aİ bütün tərəfdaşlarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir
Avropa İttifaqıbütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.
APA-nın Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədəAvropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin yekun Bəyannaməsində deyilir.
Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.
Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.
"Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır", - deyə Bəyannamədə vurğulanır.
banner

Oxşar Xəbərlər