• çərşənbə axşamı, 16 aprel, 18:39
  • Baku Bakı 18°C

Aİ: Bakı - Tbilisi - Qars dəmir yolunun açılışı böyük addımdır

30.10.17 18:00 821
Aİ: Bakı - Tbilisi - Qars dəmir yolunun açılışı böyük addımdır
Bakı-Tbilisi-Qarsdəmir yolunun açılışıAvropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.
APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir ki,Avropa İttifaqıyeni dəmir yolu dəhlizini alqışlayır ki, bu da sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq: "Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.Avropa İttifaqıhər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləmişdir. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək. Enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyirik”.
banner

Oxşar Xəbərlər