• çərşənbə, 24 Aprel, 08:33
  • Baku Bakı 13°C

Agenti “Milan”la “müharibə” aparır

03.10.19 15:23 645
Agenti “Milan”la “müharibə” aparır
Canluici Donnarumma "Milan”da oynamaq istəmir.
Kaspi.az xəbər verir ki, Donnarumma "Milan”nın yeni təklifini geri çevirib. Klub rəhbərliyi ona illik 6 milyon avro məvacib vəd etsələr də, qapıçı bununla razılaşmayıb.
İtaliya mətbuatı iddia edir ki, bütün bunların günahkarı qapıçının agenti Mino Rayonadır. O, "Milan” rəhbərliyindən tələb edir ki, ya qapıçıya daha yüksək məvacib versinlər, ya da onu komandadan aparacaq.
Agentin məqsədi isə qapıçıya görə daha artıq qonorar almaqdır. İtaliya mətbuatı onu "Milan”la "müharibə” aparmaqda qınayır. Donnarummanın qüvvədə olan müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər