• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

AFFA məşhur irlanda təklif göndərib

30.06.20 12:07 722
AFFA məşhur irlanda təklif göndərib
"Mançester Yunayted”in sabiq kapitanı Roy Kin Azərbaycan yığmasından təklif alıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Roy Kin 48 saat ərzində AFFA rəhbərliyinə cavab verməlidir.
Məlumata görə, hazırda televiziya eksperti kimi fəaliyyət göstərən Kinin məşqçiliyə qayıtmaq niyyətinin olduğu bildirilir. Amma o, təklifi qəbul etməzdən əvvəl Azərbaycan yığmasının potensialına bələd olmaq istədiyini bildirib.
Ola bilsin ki, Kin, ümumiyyətlə bu amili nəzərə almasın. Məlumata görə, AFFA ona fantastik məbləğdə məvacib vəd edib. Bu amil həlledici ola bilər.
Roy Kin məşqçi kimi uğur qazana bilməyib. O, müxtəlif vaxtlarda "Sanderlend”, "İpsiviç” kimi klubları çalışdırıb, İrlandiya yığmasında assistent olub.
banner

Oxşar Xəbərlər