• cümə axşamı, 28 mart, 18:36
  • Baku Bakı 13°C

AFFA bir oyundan 205 min manat qazanıb

11.04.17 17:14 1027
AFFA bir oyundan 205 min manat qazanıb
Azərbaycan - Almaniya oyunundan daxil olan vəsaitin məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin martın 26-da keçirilən qarşılaşması AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204691 AZN pul vəsaiti qazandırıb.

Bu, oyuna bilet və "SkyBox” satışından, həmçinin "hospitality” (qonaqpərvərlik) xidmətindən əldə olunub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
banner

Oxşar Xəbərlər