AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AFFA baş məşqçini və 3 futbolçunu cəzalandırdı

AFFA baş məşqçini və 3 futbolçunu cəzalandırdı

İdman
06 Noyabr 2012, 12:35 1201
AFFA İntizam Komitəsi “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovu və “Simurq” komandasının 3 futbolçusunu diskvalifikasiya edib. Lent.az-ın məlumatına görə, Məmmədov Topaz Premyer Liqasının XII turunda “Neftçi” ilə oyunun 89-cu dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb.

İntizam Komitəsi ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə tətbiq edib.

“Simurq”un oyunçuları Rasim Ramaldanov, Qərib İbrahimov və İlkin Qırtımov isə “Turan”la qarşılaşmada meydandan qovulublar. Ramaldanov 63-cü dəqiqədə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 80-ci dəqiqədə İbrahimov hakimi təhqir etdiyi üçün və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alıb. Bu futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimələnib. 87-ci dəqiqədə isə Qırtımov aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimələnib.

Qarşılaşmada həm də “Sumurq”un 7, “Turan”ın 4 futbolçusuna sarı vərəqə göstərilib. Bu səbəbdən, hər iki klub hərəyə 1000 manat ziyana düşüb.