• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

AFFA baş katibinin müavini növbəti təyinatını alıb

21.07.19 18:00 17256
AFFA baş katibinin müavini növbəti təyinatını alıb
AFFA baş katibinin müavini Sərxan Hacıyev növbəti təyinat alıb.
"Report"un məlumatına görə, Hacıyev Macarıstanda "Fehervar" və Lixtenşteyn "Vaduts"u arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
Görüşü Kay Erik Stinin rəhbərliyi altında norveçli hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə rusiyalı Nikolay İvanov olacaq. İyulun 25-də Felçut şəhərindəki "Panço Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Sabiq FIFA referisi Asim Xudiyev isə Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq. Xuidyev həmin gün yerli "Lokomotiv" və "Slovakiyanın "Spartak" (Trnava) komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, kiprli Timofeos Kristofinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə macarıstanlı Robert Kispal olacaq. İyulun 25-də Plovdivdəki "Lokomotiv" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
banner

Oxşar Xəbərlər