• cümə axşamı, 28 mart, 18:57
  • Baku Bakı 13°C

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçilib

22.05.17 13:30 1161
ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçilib
18-19 may 2017-ci il tarixdə Pekində Xarici Dillər Universitetlərinin I Qlobal Forumu keçirilib. Forumda Xarici Dillər Universitetlərinin Qlobal Alyansı təsis edilib. Dünyanın 16 ölkəsindən 31 universitetin qatıldığı təsis iclasında aparılan birgə tədqiqatların nəticələri təhlil olunmaqla yeni təhsil modellərinin yaradılacağı və alyansın fəaliyyəti nəticəsində beynəlxalq səviyyədə xarici dillər universitetləri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin inkişaf edəcəyi vurğulanıb.
İclasda Azərbaycan Dillər Universitetini təmsil edən professor Əfqan Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında ətraflı məlumat verib, ali təhsil proqramlarına ən müasir beynəlxalq təcrübə tətbiq olunması hesabına onların daim inkişaf etdirildiyini sözlərinə əlavə edib. O, iclasın işini yüksək qiymətləndirərək, Azərbaycanın belə beynəlxalq alyanslarda fəal iştirakının ölkəmizin ali təhsil ocaqlarının beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
"Dil, sivilizasiya və qlobal idarəetmə” mövzusuna həsr olunan forum çərçivəsində ADU Alyansa üzv seçilib və universiteti təmsil edən professor Ə.Abdullayev bununla bağlı müvafiq sənədə imza atıb.
Qeyd edək ki, Alyansın yaradılmasında əsas məqsəd beynəlxalq sahədə analitik mübadilə və əməkdaşlıq müqavilələrinin daha da genişləndirilməsi, universitetlər arasında tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması və çoxtərəfli akademik nəşrlərin həyata keçirilməsidir.
banner

Oxşar Xəbərlər