• çərşənbə axşamı, 19 mart, 08:42
  • Baku Bakı 8°C

ADU-nun rektoru Kamal Abdulla Qulam İshaqzai ilə görüşüb

23.10.17 17:49 2268
ADU-nun rektoru Kamal Abdulla Qulam İshaqzai ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun "Səfir saatı” layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq. Azərbaycanda multikultural mühitin və ideyaların lap qədim zamanlardan mövcud olmasından söhbət açan K.Abdulla "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını qonağa hədiyyə edərək onun haqqında geniş məlumat verib.
Q.İshaqzai, öz növbəsində rektora yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün tamam olduğunu qeyd edən qonaq bu münasibətlə baş tutacaq "BMT həftəsi”nin ilk tədbirinin Dillər Universitetində başladığını söyləyib və buna görə öz minnətdarlığını ifadə edib. O, əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini bildirib. Gənclərin BMT-nin fəaliyyətinin əsas iştirakçıları olduqlarını vurğulayan Q.İshaqzai onlarla təmasdan həmişə məmnun olduğunu deyib.
Görüşdən sonra Q.İshaqzai universitetdə həyata keçirilən yeni "Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.
"Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan: 25 illik tərəfdaşlıq” mövzusunda mühazirə deyən Q.İshaqzai təşkilatın yaranması və fəaliyyətindən danışıb. Tarixi faktları qeyd edən Q.İshaqzai təşkilata daxil olan qurumlardan bəhs edib. BMT-nin məqsədlərindən danışan Q.İshaqzai üzvlərin bərаbərliyi, bеynəlхаlq münаsibətlərin sülh vаsitəsi ilə həll еdilməsi, bütün üzvlərə köməklik göstərmək, bеynəlхаlq sülhü və təhlükəsizliyi təmin еtmək, insаnlаrın əsаs hüquq və аzаdlıqlаrınа hörmət еtmək kimi prinsiplərin mahiyyəti haqqında ətraflı məlumat verib. Təşkilata üzv olan dövlətlərdən söz açan qonaq Azərbaycanın da 1992-ci ildən başlayan üzvlüyündən bəhs edib. BMT-nin 25 illik əməkdaşlıq çərçivəsində Azərbaycan üçün göstərdiyi xidmətlərdən danışan Q.İshaqzai bеynəlхаlq humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həlli, insаnlаrа hеç bir fərq qоymаdаn görülən işlərdən söz açıb. Q.İshaqzai gənclərə müzakirələr aparıb alternativləri tapmaq istiqamətində fəal olmağı tövsiyə edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
banner

Oxşar Xəbərlər