ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib
Azərbaycan
Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan
dili - Koreya dili ixtisası üzrə müəllimi Könül Kamilzadə Koreya dili Milli
İnstitutunun (National Institute of the Korean Language) seçimi ilə Koreya
Respublikasının Evha Qızlar Universitetinin təsis etdiyi 10 həftəlik (19.06-24.08.2017)
"Invitation Training for Foreign
Specialists of Korean Language” adlı təlim proqramında iştirak edib. K.Kamilzadə
"A
Study on Analysis of Grammatical Errors In Korean Writing Texts – Focusing on
Beginner level Azerbaijan learners” mövzusunda 20 səhifəlik təqdiqat
işi yazıb və sonda bu mövzuda çıxış edib.
K.Kamilzadə
təlim proqramını müvəffəqiyyətlə bitirib. Təlim proqramı müddətində o, tədqiqat
işi yazmaqla bərabər dərslərdə də birbaşa iştirak etmək imkanı qazanıb və təlim
proqramının sonunda sertifikat alıb.
K.Kamilzadə
gələcək iş həyatında dəyərli hesab edilə biləcək təcrübə əldə etdiyini və
bundan sonra Koreya dili ilə bağlı biliklərini, eləcə də dərs metodlarını daha
da zənginləşdirəcəyini söyləyir.
Qeyd
edək ki, hər il təşkil olunan təlim proqramı bu il ilk dəfə olaraq daha
uzunmüddətli - 10 həftəlik təşkil edilib. Proqramda 13 ölkədən (Azərbaycan,
Belarus, Çin, Rusiya, Monqolustan, Polşa, Hindistan, Türkiyə, Şri-Lanka, Kamboca,
İraq, Misir, Çexiya) Koreya dili üzrə 15 mütəxəssis iştirak edib.