• cümə axşamı, 28 mart, 21:35
  • Baku Bakı 13°C

ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

21.04.17 13:30 1018
ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra edən Eldar Aslanov, ADU-nun Konfutsi İnstitutunun direktorları Li Jin Hua və Rafiq Abbasov imzalayıb.

Müqavilənin əsas məqsədi turizm üzrə peşəkar kadrların hazırlanması sahəsində Azərbaycan - Çin əməkdaşlığının inkişafı, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsi, turizmin müxtəlif problemləri barədə mütəşəkkil elmi tədqiqatların aparılması, sorğu-məlumat, metodiki və reklam materiallarının sistematik mübadiləsidir.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra edən E.Aslanov Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jin Suna müasir metodiki təhsil əsasında turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması, müxtəlif xarici hotel və turizm bazalarında tədris təcrübələrinin təşkili üzrə ali təhsil mərkəzinin fəaliyyəti, həmçinin turizm sahəsində elmi tədqiqatlar barədə məlumat verib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jin Sun turizm sahəsindəki ixtisaslı kadr hazırlıqlarından məmnunluğunu bildirərək, Azərbaycanın turizm məhsulunun Çin bazarında və Çinin turizm məhsulunun Azərbaycan bazarında hərəkətinin, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün turizm xidməti keyfiyyətinin, Çin - Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmaların artmasının mühümlüyünü vurğulayıb.

Mərasimdə Azərbaycan Dillər Universtitenin nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan - Çin turizm əlaqələrinin inkişafı üçün əlverişli şərait yaranmasının vacibliyini qeyd edərək ölkələr arasında turizm sahəsində əməkdaşlıq haqqında Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış müqavilənin əhəmiyyətini qeyd edib.

Mərasimin sonunda ADU-nun Konfutsi İnstitutunun tələbələri konsert proqramı ilə çıxış ediblər.



banner

Oxşar Xəbərlər