ADU-nun komandası yenə birinci oldu
Bu yaxınlarda "Yeni Yol”
Gәnclәrin Maariflәndirilmәsi İctimai Birliyinin təşkilatçılığı ilə intellektual
oyunlardan ibarət "Union Cup” adlı turnir keçirilib. "Nә? Harada? Nә zaman?” formatında keçirilən yarışda
ölkəmizin 11 ali təhsil müəssisəsini təmsil edən 22 komanda bacarığını nümayiş
etdirib.
Turnirdə Azərbaycan Dillər
Universitetini tәmsil edәn "Liberland” komandası bütün rәqiblәrini üstәlәyәrәk
1-ci pillәdә qәrarlaşıb və turnirin qalibi adını qazanıb. Qalib komandalar
müvafiq olaraq kubok, medal vә pul mükafatı ilә tәltif olunub.